Azərbaycan Ordusu bu gün keçirdiyi cavab tədbirləri ilə şəhidimizin qisasını alıb.  Məlumata görə, Azərbaycan Ordusu tərəfindən anti-terror əməliyyatı keçirilib.

Terrorçuların artilleriya hərbi hissəsi və bir postu darmadağın edilib. Erməni tərəfdə ölən və yaralananlar var.

Son günlər baş verənlər, eləcə də, Ermənistan tərəfinin açıqlamaları və provokasiyaları gərginliyin baş verəcəyinə dəlalət edirdi. Ermənistan Təhlükəsizlik Şurasının sədri Laçın dəhlizi ilə bağlı Ermənistan ərazisi haqda danışırmış kimi açıqlamalar verirdi.

İstinadlar Qafqazinfo