“Azəristiliktəchizat” ASC-nin rəhbərliyi Almaniya Energetika Agentliyinin (DENA) dəvəti ilə “Dayanıqlı Şəhərlər: Şəhər ərazilərində Enerji Keçidi üzrə Yaxşı Təcrübələr” mövzusunda Almaniyada təcrübə mübadiləsi səfərində olub.

Bu barədə qurumdan bildirilib.

Səfər zamanı “Azəristiliktəchizat”ın nümayəndəsi Almaniya Energetika Agentliyinin Beynəlxalq Əməkdaşlıq və Beynəlxalq Tikinti şöbələrinin rəhbərləri ilə təqdimat müzakirələrdə iştirak edib, Berlin şəhərinin istilik və isti su təchizatı sahəsində əməliyyat və maliyyə modelləri, alternativ enerji mənbələrinin istilik enerjisi mənbəsi kimi istifadə imkanlarına ilə əyani baxış keçirib.

İstinadlar Report