Bu ilin yanvar-mart aylarında Azərbaycan 20,495 milyon ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər və sirkə idxal edib.
Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,4 % çoxdur.
Hesabat dövründə Azərbaycan həmçinin 13,511 milyon ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər və sirkə ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 5,7 % çoxdur.
Alkoqollu və alkoqolsuz içkilər və sirkə üzrə idxal Azərbaycanın ümumi idxalının 0,36 %-ni, ixrac isə ölkənin ümumi ixracının 0,21 %-ni təşkil edib.