Azərbaycan Avropa Komissiyası ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) enerji təşəbbüsləri üzrə müzakirələr aparıb.
Bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkə hesabında bildirib.
Nazir bildirib ki, Bakıda COP29 çərçivəsində səfərdə olan Avropa Komissiyasının Enerji üzrə baş direktoru Ditte Juul Jorgensen ilə enerji əməkdaşlığının inkişafına dair səmərəli görüş keçirib.