5 ildən çoxdur fəaliyyət göstərən “Azərbaycan 24” Media xəbər portalı satışa çıxarılıb.

Xəbər portalı 3 dildə fəaliyyət göstərən Azerbaycan24.com domeni və 3 sosial media səhifəsi (fb, instagram, telegram) ilə birgə satışa təqdim olunur.

Xüsusən sosial mediada populyar olan portalı gündəlik yarım milyondan çox insan izləyir.

Fəaliyyəti müddətində heç bir maliyyə yardımı və dəstək göstərilməyən portal COVID pandemiyası və Vətən Müharibəsi zamanından ölkədə reklam bazarında yaranan problemlər üzündən ciddi maliyyə çətinliyi ilə qarşılaşıb.

Xəbər portalına dəstək üçün edilən müraciətlərimiz də cavabsız qalınca “Azərbaycan 24” adını daşıyan portalın satışa çıxarılmasına qərar verilib.

Media qurumunu almaq istəyən şəxslər və ya təşkilatlar 070 224 40 25 (wp) nömrəsi ilə əlaqə saxlaya və ya [email protected]Azerbaycan24.com elektron poçtuna yaza bilərlər.