Azərbaycan 2024-cü ildə Rusiyaya 141,9 min ton pomidor tədarük edib ki, bu da 2023-cü ildəki 133 min tonla müqayisədə 6,7 % çoxdur.

2024-cü ildə Azərbaycan Rusiyaya 479,4 min ton pomidor (2023-cü ildə 417 min ton) ixrac etməklə əsas tədarükçü olub.

Bundan başqa, Azərbaycan 2024-cü ildə Rusiyaya tumlu meyvələrin (alma, armud) əsas tədarükçülərindən biri olub. “Hesabat ilində Rusiyaya tumlu meyvələrin idxalı 2023-cü ildəki 611,2 min tona qarşı 627,4 min ton təşkil edib. Azərbaycan sabit tədarükçü olmaqla ixracı 88 min tondan 93,4 min tona qədər artırıb (artım 6,1 %)”, – “Rosselxoznadzor” qeyd edir.

İstinadlar Report