2023-cü ildə Türkiyəyə qaz nəqlinin ümumi həcmində Azərbaycanın payı 20,32 % təşkil edib.

2022-ci ildə Azərbaycan “mavi yanacağı”nın Türkiyənin qaz idxalında payı 15,93 % təşkil edib.

2023-cü ildə isə Azərbaycandan Türkiyəyə qaz təchizatı 2022-ci ilin göstəricisini 17,8 % üstələyərək 10,257 milyard kubmetr təşkil edib.

Qeyd edilib ki, 2023-cü ilin sonunda Azərbaycan TOP-3-ə daxil olub və Türkiyəyə təbii qaz tədarükçüləri arasında ikinci yeri tutub. Birinci yerdə Rusiya (2023-cü ildə Türkiyəyə tədarük olunan qazın ümumi həcmində onun payı 42,27 % təşkil edib), Əlcəzair üçüncü yerdədir (11,86 %).

TOP-5-ə həmçinin İran (10,71 %) və ABŞ (7,95 %) daxil olub.

Ümumilikdə, Türkiyə 2023-cü ildə 50,484 milyard kubmetr qaz idxal edib (7,6 % az).

İstinadlar Report