
2024-cü ildə Azərbaycanda qeyri-dövlət sektorunun əmək haqqı fondundakı payı 51 %-ə, əhalinin məşğulluğundakı payı isə 79,1 %-ə çatıb.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Bakıda “Sahibkarlar Günü”nə və “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Konstitusiya və suverenlik – Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda keçirilən konfransda bildirib.