“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) prezidenti Samir Rzayevə yeni müşavir təyin edilib.

Bu vəzifəyə Fidan Fərzəliyeva gətirilib.

Qeyd edək ki, F.Fərzəliyeva dövlət qulluğunda çalışmazdan əvvəl uzun müddət BP-də fəaliyyət göstərib. Onun son iş yeri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi olub. Yeni müşavir bu təyinatadək nazirliyin İnsan resurslarının idarə edilməsi şöbəsinin rəisi idi.

İstinadlar Qafqazinfo