AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğramasının araşdırılmasına dair yekun hesabat 2025-ci ilin sonuna qədər təqdim ediləcək.

Bunu Astanada keçirilən mətbuat konfransında respublikanın nəqliyyat nazirinin müavini Talqat Lastayev bildirib.

“ICAO-nun (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) tələblərinə, standartlarına və tövsiyə olunan təcrübəsinə əsasən, araşdırma bir il çəkir. Müvafiq olaraq, cari ilin dekabrına qədər araşdırma üzrə yekun hesabat tamamlanmalıdır”, – o bildirib.

Xatırladaq ki, qəza dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verib. Təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər isə sağ qalıb. İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.