Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar “Azərbaycan Hava Yolları” aviaşirkətinin bir neçə reysi təhlükəsizlik məqsədilə və bəzi ölkələrin hava məkanının qapalı olması səbəbindən gecikir.

Bu haqda “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətinin məlumat yayıb.

Həmin reyslər aşağıdakılardır:

İslamabad-Bakı (J2 5144)

Dammam-Bakı (J2 8210)

Dehli-Bakı (J2 058)

Dubay-Bakı (J2 016)

Əlavə suallar yarandıqda, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.