Xəbər verdiyimiz kimi, avqustun 5-dən daha 20 ölkənin vətəndaşları Azərbaycana qonaq və turist kimi gələ bilərlər.

Bu barədə “Azərbaycan Hava Yolları” (AZAL) da açıqlama yayıb. Qeyd edilib ki, həmin şəxslər PCR-testindən əlavə, COVID-pasportunu (18 yaşdan yuxarı şəxslər üçün) təqdim etməklə ölkəyə girə bilərlər. 

Azərbaycana giriş qaydaları ilə bağlı tez-tez verilən sualların cavablarını bu linkə daxil olaraq tanış ola bilərsiz.

 

İstinadlar Qafqazinfo