AZAL-ın işçiləri 2 aydır maaşlarını ala bilmədiklərini yazırlar. Baxmayaraq ki, AZAL pandemiya zamanı da bəhrələnənlərdən olub.

Bu barədə iqtisadçı Qubad İbadoğlu məlumat yayıb. O bildirib ki, Maliyyə Nazirliyi ötən ilin büdcəsindən AZAL-a pandemiyanın neqativ təsirlərini neytrallaşdırmaq üçün 86,9 milyon manat köçürüb:

“AZAL bazarda hökmran mövqeyini saxlayaraq İstanbula gediş-gəliş biletini dəfələrlə bahalaşdırıb. AZAL pandemiyadan əvvəl səfər etmək istəyənlərin ödədiyi vəsaiti də indiyə qədər geri qaytarmayıb”.