Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yaşıl texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqi ilə bağlı əlaqələndirmə və monitorinq üzrə İşçi Qrup yaradılıb.

Baş nazir Əli Əsədov bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yaşıl texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqi ilə bağlı aşağıdakı tərkibdə əlaqələndirmə və monitorinq üzrə İşçi Qrup yaradılıb:

İşçi Qrupun rəhbəri

Energetika naziri

İşçi Qrupun üzvləri:

İqtisadiyyat nazirinin müavini

Maliyyə nazirinin müavini

Ekologiya və təbii sərvətlər nazirinin müavini

Kənd təsərrüfatı nazirinin müavini

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini

Fövqəladə hallar nazirinin müavini

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini

Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti

Energetika Nazirliyi İşçi Qrupun katibliyi funksiyasını yerinə yetirməli və rübdə 1 (bir) dəfədən az olmayaraq İşçi Qrupun görüşlərini təşkil etməlidir.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.