Azərbaycanın işğaldan azad edilmiş ərazilərdən ixrac edilən məhsullar üzrə 100 % həcmində logistika subsidiyası tətbiq ediləcək.

Bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda “Sahibkarlar Günü”nə və “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Konstitusiya və suverenlik – Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda keçirilən konfransda bildirib

Onun sözlərinə görə, Azərbaycanda logistikanın subsidiyalaşdırılması ilə bağlı yeni mexanizm yaradılır: “AZPROMO hazırda yeni mexanizmlərin yaradılması üzərində işləyir. Bu istiqamətdə bu il təsdiqlənməsi gözlənilən logistikanın subsidiyası mexanizimdir”.

İstinadlar Report