İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən prokurorluq orqanları nəqliyyat vasitələri ilə təchiz edilib, Şuşa, Xocavənd, Zəngilan, Kəlbəcər və Qubadlı rayon prokurorluqlarının fəaliyyəti üçün ayrılmış inzibati binalarda təmir işləri aparılıb.

Bunu Baş prokurorun müavini, III dərəcəli ədliyyə müşaviri Heydər Məmmədov mediaya verdiyi müsahibəsində bildirib.

“İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən prokurorluq orqanlarının maddi-texniki təminatı ilə bağlı onu deyə bilərəm ki, Prezidentin 2021-ci il 1 aprel tarixli “İşğaldan azad edilmiş ərazilərdə yeni hərbi prokurorluqların yaradılması haqqında” Sərəncamına əsasən yaradılmış Kəlbəcər və Qubadlı Hərbi prokurorluqlarının inzibati binalarında təmir işləri aparılıb, binalar müasir qurğu, avadanlıq, informasiya-kommunikasiya xətləri, mebel və kompüter avadanlıqları, eləcə də nəqliyyat vasitələri ilə təchiz edilib.