Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.
ANAMA-dan verilən məlumata görə, sentyabrın 11-dən 17-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 18, tank əleyhinə 11 mina və 40 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.