Azad edilmiş ərazilərdə məskunlaşan şəxslərin təhsil haqlarının dövlət hesabına ödənilməsi məqsədilə ilkin hesablamalara görə ən azı 3 min nəfər üçün 3,5 milyon manat vəsait ayrılacaq.

Bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev komitənin bugünkü iclasında “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlara təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deyib.

İstinadlar Report