Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan verilən məlumata görə, iyunun 20-dən 25-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 25, tank əleyhinə 31 mina və 147 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

İstinadlar Report