Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə daha 35 mina aşkarlanıb.
ANAMA-dan verilən məlumata görə, yanvarın 16-dan 21-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 15, tank əleyhinə idə 20 mina və 93 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.