
Ermənistanın hərbi potensialının artırılmasının əsaslandırılması qeyri-səmimidir və Azərbaycanın təhlükəsizliyinə birbaşa təhdiddir.
Bu fikirləri Xarici İşlər Nazirliyinin Mətbuat İdarəsinin rəhbəri Ayxan Hacızdə Ermənistanın Baş nazirinin “Armenpress”ə son müsahibəsini şərh edərkən deyib.
Ayxan Hacızadə bildirib ki, 44 günlük müharibə başa çatdıqdan sonra Ermənistanın hərbi xərcləri təqribən üç dəfə artaraq 2021-ci ildə təxminən 600 milyon dollardan 2024-cü ildə 1,6 milyard dollara çatıb: