
Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə “X” hesabında yazıb.
“Bu, çoxdan gözlənilən tarixi hadisədir. Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyalarının səkkizinci iclasının yekunları üzrə İrəvan Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib”, – paylaşımda qeyd edilib.