Hazırda Azərbaycanın gömrük postlarında 1 840 yük maşını gözləmədədir.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, bunun 240-ı “Astara” gömrük postunda, 130-u “Biləsuvar” gömrük postunda, 1 300-ü “Qırmızı Körpü” gömrük postunda, 90-ı “Mazımqara” gömrük postunda, 67-si “Samur” gömrük postunda və 13-ü “Xanoba” gömrük postunda gözləyir..

Bildirilib ki, ən çox gözləmədə olan nəqliyyat vasitələri “Qırmızı Körpü” gömrük-sərhəd buraxılş məntəqəsində müşahidə edilir.

İstinadlar Report