Xalq artisti, cazmen Cavan Zeynallının ölüm xəbəri yayılıb. Bu barədə sosial şəbəkələrdə paylaşımlar edilib.

Məsələ ilə bağlı cazmnenlə ilə əlaqə saxladıq. C. Zeynallı yayılan xəbərlərin dezinformasiya olduğunu bildirdi:

“Mən bilmirəm o xəbərləri kim yayır. Onlar ölümümü istəyən adamlardı. Bundan sensassiya yaratmaq istəyirlər. Ayıb olsun. Bayaqdan zənglərin ardı-arası kəsilmir. Bir dəfə də belə bir hal yaşanmışdı. Şəklimi qara çərçivəyə alıb sosial şəbəkə paylaşmışdılar. Hamı zəng edirdi ki, Cavan müəllim, hər şey yaxşıdır?”.

 

 

 

İstinadlar Qafqazinfo