Xəbər verdiyimiz kimi, S.Bəhlulzadə adına Mədəniyyət Mərkəzində Əməkdar artist Aygün Bəylərlə vida mərasimi keçirilir.

 

Mərasimdə Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun xanımı Ruhəngiz Heydərova da iştirak edib.  O, Aygün Bəylərin qızına təsəlli verərkən kameraların obyektivinə tuş gəlib.
Fəaliyyəti müddətində Aygün Bəylərin Kəmaləddin Heydərovun ailəsinə yaxınlığı barədə söz-söhbətlər dolaşıb. Hətta onun bəzi məşhur mahnılarının müəllifinin Kamal (Kəmaləddin Heydərov) olduğu bilinir.

Qeyd edək ki, Aygün Bəylər Suraxanı qəbiristanlığında torpağa tapşırılacaq.

Foto: İlqam Cəbiyev

 

İstinadlar Fotolar: axsam.az