“Şuşada birinci yaşayış kompleksinin tikintisi üzərində işlər aparılır”.

Bunu Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Şuşa şəhərində “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda keçirilən beynəlxalq konfransın açılışında bildirib.

“Azad olunduğu ilk gündən etibarən Şuşada bərpa işlərinə başlanılıb. Abidələrin çoxu artıq bərpa edilib. Bütün işlər əsas diqqətin mədəniyyət abidələrinin bərpasına ayrıldığı əsas plana uyğun olaraq aparılır”, – o deyib.