Ayasofya məscidinin günbəzində əhatəli bərpa və möhkəmləndirmə işlərinə başlanılıb.
1486 illik tarixi ilə İstanbulun simvollarından birinə çevrilən məsciddə hazırda aparılan işlər günbəzin zəlzələyə qarşı daha davamlı hala gətirilməsini nəzərdə tutur.
Məlumata görə, bərpa prosesində abidənin daxili mozaika örtüyünə zərər gəlməməsi üçün bütün müdaxilələr yalnız xaricdən həyata keçiriləcək. Günbəzin üzərindəki qurğuşun örtüklər söküləcək, zədəlilər bərpa olunacaq, digərləri isə yenilənəcək.