İran vətəndaşı gömrükdə saxlanılıb.

Noyabrın 6-da saat 18:00 radələrində “Biləsuvar” dövlət sərhədindən buraxılış məntəqəsində İrandan Azərbaycana gələn İran vətəndaşı 1987-ci il təvəllüdlü Jafari Abouzar Yousefin üzərinə sərhəd və gömrük baxışı keçirilib.

Onun ayaqqabısının içərisindən və daxili orqanlarından ümumi çəkisi 440 qram olan narkotik vasitə aşkarlanaraq götürülüb.

Saxlanılan şəxs narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olmasını etiraf edib. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

İstinadlar Qafqazinfo