Dekarbonizasiya ilə bağlı problem həm də bu istiqamətdə standartlaşdırmanın olmaması ilə bağlıdır.
Bunu COP29 Azərbaycan Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Ayan Nəcəf bu gündən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində – tədbirin Yaşıl Zonasının açılışında bildirib.
O qeyd edib ki, dekarbonizasiya və karbon bazarlarının idarə edilməsi bütün dünya üçün böyük məsələdir: “Karbon bazarları, bununla bağlı qaydalar və digər məsələlər COP29 çərçivəsində keçiriləcək İqlim Fəaliyyəti Sammitinin əsas mövzularından biri olacaq”.