Ümumi təhsil müəssisələrində təhsilverənlərin sertifikatlaşdırılması imtahanında maraqlı hadisə yaşanıb.

Müəllimərdən biri ayağı zədəli halda imtahana qatılıb.

Bildirilib ki, Şamaxı şəhər 6 nömrəli tam orta məktəbdə keçirilən sertifikasiya prosesində bir gün qabaq ciddi qəza keçirərək ayağını zədələyən İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbin rus dili müəllimi Əliyeva Bahar İşıq qızı imtahanda iştirak edib.

O, yüksək nəticə göstərərək 51 bal toplayıb.


İstinadlar Qafqazinfo