Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Gəncəyə səfər edib.

Bu barədə məlumatı səfir öz rəsmi tviter hesabında paylaşıb.

“Ay lələ! İlk dəfə Gəncəyə gələndə Azərbaycana yeni gələn tələbə idim. İndi mən Britaniya səfiri və Azərbaycanın dostu kimi qayıdıram”, – deyə səfir qeyd edib.

Bununla yanaşı, səfir öz hesabında etdiyi digər paylaşımda ona Gəncədə Azərbaycan dilini öyrədən yerli müəllimlər ilə görüşdüyünü də bildirib:

“Hamınızın qadasın alım. Baxın kiminlə görüşdüm! Azərbaycanlı ailəm və müəllimlərim. Onların sayəsində mən Azərbaycan dilini öyrəndim və sevdim”.

Britaniyalı səfirin bu paylaşımları istifadəçilər tərəfindən maraqla qarşılanıb.



İstinadlar Qafqazinfo