Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əsas avtomobil yollarının saat 17:00-a olan vəziyyəti haqqında məlumat yayıb. 

Məlumata əsasən, yollarda vəziyyət aşağıdakı kimidir:

 

S/

s

Yolun adı (istiqamətlə)

Mövcud vəziyyəti

1

Bakı – Quba – Rusiya Federasiyası ilə dövlət sərhədi

Hal-hazırda marşrut boyu yağıntı yoxdur. Quba-Qusar ərazisində 5-7 dərəcə şaxta var. Xınalıq yolunda yağıntı yoxdur, 8-10 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

 

2

Giləzi – Xızı

Hal-hazırda zəif qar yağır, 5-8 dərəcə şaxta var. Yol boyu duz-qum qarışığı ilə səpilmə işləri həyata keçirilmişdir. Nəqliyyatın hərəkəti təmin olunub.

 

3

Bakı – Qobustan

Zəif qar yağır, gün ərzində yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Hazırda 3-4 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

 

4

Qobustan – Şamaxı – Muğanlı

Qar yağır, gün ərzində yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Hazırda 2-3 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

 

5

Muğanlı – Ağsu – Yevlax

Zəif qar yağır, gün ərzində yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Muğanlı ərazisində və Ağsu dolaylarında 4-5 dərəcə şaxta var. Yolda qar yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

 

6

Bakı – Ələt – Hacıqabul

Yağıntı yoxdur, yolun Bakı-Ələt hissəsində buz bağlamış hissələrə qum-duz səpilmişdir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

 

7

Hacıqabul – Ucar – Yevlax

Zəif qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

 

8

Yevlax – Gəncə – Qazax – Gürcüstan Respublikası ilə dövlət sərhədi

Yolun Yevlax-Qazax hissəsində zəif qar yağır. 1-2 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

 

9

Muğanlı – İsmayıllı

Zəif qar yağır, 4-5 dərəcə şaxta var. Yolun kənarlarında qarın qalınlığı 20-25 sm təşkil edir. Gün ərzində yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə tədbirlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

 

10

İsmayıllı – Qəbələ – Oğuz- Şəki

Marşrut boyu hazırda zəif qar yağır. Yolun İsmayıllı-Qəbələ hissəsində 4-5 dərəcə şaxta var. İsmayıllı rayonu ərazisində qarın qalınlığı 10-15 sm, Qəbələ rayonu ərazisində 12-15 sm, Oğuz rayonu ərazisində isə 2-4 sm təşkil edir. Gün ərzində yol qardan təmizlənmiş, yolun buz bağlamış hissələrinə qum-duz səpilmişdir. Hazırda yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

 

11

Şəki – Qax – Zaqatala – Gürcüstan Respublikası ilə dövlət sərhəd

Zəif qar yağır, yolda qar yoxdur, 2-3 dərəcə şaxta var. Gün ərzində yolun buz bağlamış hissələrinə qum-duz səpilmişdir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

 

12

Yevlax – Şəki (Göybulaq)

Zəif qar yağır, yolda qar yoxdur, 2-3 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

 

13

Gəncə – Daşkəsən – Xoşbulaq

Zəif qar yağır, 1-3 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

 

14

Şəmkir – Gədəbəy

Gədəbəy ərazisində hazırda yağıntı yoxdur. Şəmkir ərazisində zəif qar yağır. Yasamal aşırımında qarın qalınlığı 2-3 sm təşkil edir. 1-2 dərəcə şaxta var. Hazırda duz-qum səpilir. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

 

15

Ələt – Astara – İran İslam Resp. ilə dövlət sərhədi

Masallı rayonu ərazisində sulu qar, Lənkəran rayonu ərazisində zəif qar və Astara rayonu ərazisində güclü qar yağır, şaxta 2 dərəcə təşkil edir. Gün ərzində yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Hazırda yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

 

16

Masallı – Yardımlı

Masallı rayonu ərazisində sulu qar, Yardımlı rayonu ərazisində güclü küləklə müşahidə olan qar yağır. Yardımlı rayonu ərazisində 9-10 dərəcə şaxta var. Gün ərzində yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Hazırda yolda nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

17

Lənkəran – Lerik

Lənkəran rayonu ərazisində zəif qar yağır, 3-5 dərəcə şaxta var. Lerik rayonu ərazisində güclü küləklə müşahidə olan qar yağır. Lerik rayonu ərazisində 7-8 dərəcə şaxta var. Gün ərzində yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Hazırda yolda nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir

.

18

Hacıqabul – Bəhramtəpə – Horadiz

Yolun İmişli rayonu ərazisindən keçən hissəsinə zəif qar yağır, hazırda yolda nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

 

İstinadlar Qafqazinfo