ABŞ prezidenti Cozef Baydenin administrasiyası İraq Respublikasının Baş naziri Məhəmməd Şiya əs-Sudanini İranın öz ərazisindən İsrailə hücumunun qarşısını almağa çağırıb, əks halda rəsm Tel-Əvivl Bağdada cavab hücumu təşkil edəcək.

“Əgər siz bunu etməsəniz, biz İsrailin İraqa hücum etməsinə mane ola bilməyəcəyik”, – portal Bayden administrasiyasının rəsmisinin İraqın Baş nazirinə çatdırdığı bəyanatdan sitat gətirib.

ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan və ABŞ dövlət katibi Entoni Blinken İranın İsrailə planlaşdırdığı hücumu müzakirə ediblər.

İstinadlar Report