AXCP fəalı Çapay Sadıqlı qətlə yetirilib.

Məlumata görə, hadisə Bərdə rayonunun Samux kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1954-cü il təvəllüdlü Çapay Sadıqlı 1968-ci il təvəllüdlü Xazər Məmmədov arasında hazırda məhkəmə çəkişməsində olan 2 hektarlıq torpaq sahəsi üstündə mübahisə yaşanıb.

Bu gün A.Məmmədov Ç.Sadıqlıya dəryazla vuraraq xəsarətlər yetirib. Çapay Sadıqlı aldığı xəsarətlərdən ölüb.

DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, Bərdə RPŞ əməkdaşlarınln keçirdiyi əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən Azər Məmmədov saxlanılaraq istintaqa təhvil verilib. Onun barəsində cinayət işi başlanıb.

Qeyd edək ki, Çapay Sadıqlı Bərdə rayonunda AXCP fəalı kimi tanınıb. DİN-dən bildirilib ki, onun ölümündə hər hansı siyasi motiv yoxdur.

Amin Nəzərli

İstinadlar Qafqazinfo