
Şəkidə avtomobilini təmizləyən şəxsi digər maşın vurub.
Hadisə rayonun Baş Göynük kəndində baş verib.
Belə ki, həmin kənd sakini 1995-ci il təvəllüdlü Nurlan Ələsgər oğlu İsmayılov öz minik avtomobilini təmizləyən zaman onu, həmkənlisi 2005-ci il təvəllüdlü Calal Coşqun oğlu Məmmədov idarə etdiyi “VAZ-2107” markalı minik maşını ilə vurub.
Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan N.İsmayılov Şəki Rayon Mərkzi Xəstəxanasına aparılıb, vəziyyətinin ağır olduğu bildirilir.
Mübariz Muradov