Oğuzda avtomobil yolu keçən yaşlı kişini vuraraq öldürüb.

Hadisə bu gün rayonun Xalxal kəndində baş verib.

Hərəkətdə olan “VAZ-21015” markalı avtomobil yolu keçmək istəyən kənd sakini Lətifov Əlavər Abuzər oğlunu  vurub. Yaşlı kişi aldığı ağır bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, həkimlərin səyinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Məmmədov

İstinadlar Qafqazinfo