
İmişlidə ağır yol qəzası baş verib.
Hadisə Bəhramtəpə-Biləsuvar yolunun rayonun Çaxırlı kəndindən keçən hissəsində qeydə alınıb.
Araz Kazımlının idarə etdiyi “Mercedes-Benz” markalı avtomobil Elvin Qurbanovun idarə etdiyi “Belarus” markalı traktorla toqquşub.
Nəticədə minik avtomobilin sərnişini Çingiz Ağayev ölüb, sürücü isə ağır xəsarətlər alıb.
Faktla bağlı cinayət işi başlanılıb.