Bakıda “Kalaşnikov” markalı avtomat silah satmaq istəyən şəxs saxlanılıb.

DİN Mətbuat xidmətindən verilən məlumata görə, qanunsuz olaraq odlu silah-sursat gəzdirən paytaxt sakini Aftandil Çobanov saxlanılıb və onun əlindəki çantaya baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat, 11 ədəd patron və daraq aşkar edilərək götürülüb.

Aftandil Çobanov odlu silah-sursatı bir neçə ay bundan əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.

Faktla bağlı 19-cu Polis Şöbəsində toplanan materiallar Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

İstinadlar Qafqazinfo