Marşrut nәqliyyat vasitәlәri üçün müəyyən edilən yollarda hərəkət edən digər nəqliyyat vasitələri üçün yeni cərimə müəyyən edilir. 

Bu barədə məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb. 

Qanun layihəsinə əsasən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1– 5.10.3 nişanları ilə işarələnmiş (avtobus zolağı), ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə yüz manat məbləğində cərimə edilir.

Qeyd edək ki, hazırda bu cərimə 40 manatdır. 

Xatırladaq ki, bu xəta 2 balla qiymətləndirilir. Eyni zamanda layihəyə əsasən, bu xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılacaq.

Zaur Mirzə

İstinadlar Qafqazinfo