Avtobus sürücüsünə hücum edən şəxslərdən daha biri tutulub.

Bu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov məlumat verib.

DİN rəsmisi qeyd edib ki, martın 12-də Abşeron rayonu ərazisində marşrut avtobusu sürücüsünə xuliqanlıq hərəkətləri etməkdə təqsirləndirilən qrupun digər üzvü 35 yaşlı Toğrul Rəfizadə də polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Hazırda araşdırmalar davam etdirilir.