Avstriyanın Tirol şəhərində kiçik təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb.

Hadisə Vetterştayn dağ silsiləsi rayonunda baş verib.

Təyyarə 2,3 min metr hündürlükdə qayaya çarpılıb və ardından demək olar, tamamilə yanıb.

Bəzi məlumatlara görə, qəzaya Cənubi Tiroldan havaya qalxan və Almaniyaya uçan “Cessna” şirkətinin yüngülmotorlu təyyarəsi uğrayıb, lakin bu məlumat hələ təsdiqlənməyib. Polis nümayəndəsi isə təyyarənin İtaliyadan havaya qalxdığının ehtimal olunduğunu bildirib.

Ölənlərin şəxsiyyəti hələ müəyyənləşdirilməyib. Hazırda səlahiyyətli qurumların əməkdaşları hadisəni araşdırırlar.

İstinadlar Report