Dekabrın 4-də Avstriyanın paytaxtı Vyanada OPEC və OPEC+ nazirlərinin videokonfrans vasitəsilə görüşü keçiriləcək.

Görüş Avropa İttifaqının (Aİ) Rusiya neftinin alınmasına embarqosunun başlamasından bir gün əvvəl baş tutacaq.

OPEC+ nazirləri bundan əvvəl oktyabrın 5-də bir araya gəliblər. Görüşdə noyabrdan neft hasilatı kvotalarının sutkada 2 milyon barel azaldılması barədə qərar qəbul edilib.

İstinadlar Report