Avstriya Aleksey Navalnının Rusiyada saxlanılmasından narahatdır və onun azad edilməsinin tərəfdarıdır.

Bu barədə məlumat Avstriya Xarici İşlər Nazirliyinin tvitter səhifəsində yer alıb.

“Aleksey Navalnının Moskvada saxlanılması bizi çox narahat edir. Avstriya onun dərhal sərbəst buraxılmasını və həyatına edilən hücumla bağlı tam, müstəqil araşdırma aparılmasını tələb edir”-məlumatda qeyd olunub.

İstinadlar Report