
İrana səfərlər həyata keçirən sonuncu Qərbi Avropa şirkəti olan “Austrian Airlines” paytaxt Tehrana uçuşları təxirə salır.
Bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, regiondakı gərginlik fonunda Avstriya şirkəti aprelin 18-dək İrana reysləri dayandırır.
Şirkətdən bildirilib ki, İranın hava məkanından keçən reyslərin marşrutlarına da düzəliş ediləcək: “Sərnişinlərimizin və ekipajımızın təhlükəsizliyi prioritetdir”.