Avstriyada fəaliyyət göstərən Azərbaycan icması Pasxa bayramı münasibəti ilə Avstriya Respublikasının Prezidenti Alexander van der Bellenə rəsmi təbrik məktubu ünvanlayıb.

Avstriya Azərbaycanlıları Cəmiyyətindən verilən məlumata görə, məktubda Pasxa bayramının sülh, ümid və yenilənmə kimi bəşəri dəyərləri təcəssüm etdirdiyi vurğulanıb, Avstriya xalqına sağlamlıq, rifah və qarşılıqlı hörmətə əsaslanan bayram arzulanıb. Avstriyada yaşayan azərbaycanlılar adından dövlət başçısına həmrəyliyin və dostluğun ifadə olunduğu mesaj çatdırılıb, mədəniyyətlərarası dialoq və dinc birgəyaşayışın əhəmiyyəti xüsusi qeyd edilib.

İstinadlar Report