Vyana polisi Avstriya parlamentinin Heldenplats meydanında yerləşən müvəqqəti binasının yaxınlığında patrul çəkən polis əməkdaşına hücum edən şəxsi saxlayıb.

Vyana polisinin məlumatında 26 yaşlı şübhəli şəxsin avtomobildə oturan polis məmuru ilə söhbət etdiyi və qəfildən onun yaxasından yapışaraq maşından çıxarmağa çalışdığı bildirilib.

Polis özünü qorumaq üçün bibər qazından istifadə edib, nəticədə hücum edən şəxsə yüngül xəsarət yetirilib. Bundan sonra o saxlanılıb.

Hazırda müstəntiqlər saxlanılan şəxsi dindirir. Hücuma məruz qalan polis xəsarət almayıb.

Öz növbəsində, “Kurier” qəzeti ictimai təhlükəsizlik xidmətinin rəisi Mixail Kardaysa istinadən hücum edən şəxsin Əfqanıstan vətəndaşı olduğunu yazıb.

İstinadlar Report