“Alfred” tropik qasırğasına hazırlıq işlərində yardım üçün göndərilən Avstraliya hərbçiləri Brisben şəhərindən 220 km məsafədə qəzaya düşüb, 36 nəfər xəsarət alıb.

Bu barədə Yeni Cənubi Uels ştatının polis idarəsi məlumat yayıb.

“Avstraliya Silahlı Qüvvələrinin hərbçiləri iki hərbi yük maşınının toqquşması nəticəsində xəsarət alıblar. Hadisə yerində təcili tibbi yardım və təcili xidmətlərin əməkdaşları, həmçinin xüsusi xilasetmə bölmələri işləyir”, – məlumatda qeyd edilib.

İstinadlar Report