Avstraliya hakimiyyəti ölkənin cənub-şərqində Yeni Cənubi Uels ştatında meşə yanğınlarının söndürülməsiylə məşğul olan təyyarə ilə əlaqəni itirib.

Bu barədə Kənd Yanğınsöndürmə xidmətinin “Twitter”dəki xəbərində deyilir.

“Yeni Cənubi Uelsin (ştatın-red) Kənd Yanğınsöndürmə xidməti günorta Yeni Cənubi Uelsin cənub hissəsində təyyarə ilə bağlı ciddi hadisəni araşdırır. Snoui Monaro ərazisində işləyən böyük aviatankerlə əlaqə itib”, – yanğınsöndürmə xidməti bildirib.

İstinadlar Report