
Avstraliya qitəsinin hərəkət etməsi ölkənin coğrafi kordinantlarını dəyişib.
Azərbaycan 24 xəbər verir ki, qitə ildə 7 sm şimala hərəkət edir. Nəticədə keçən illər ərzində ölkə olaraq Avstraliya yerini 1.5 metr dəyişib. Bu isə ölkənin coğrafi en və uzunluq üzrə yerləşmə kordinantlarında xəta yaradıb. Bu səbəbdən ölkədə yaxın zamanda coğrafi kordinantların yeni vəziyyətə uyğun korrektə edilməsi planlaşdırılır.