Avstraliya Ukraynaya əlavə 100 milyon dollarlıq hərbi yardım edəcək.

“Report”un verdiyi məlumata görə, bu barədə Avstraliyanın Baş naziri Entoni Albenizi Kiyevdə Ukrayna Prezidenti Volodmir Zelenski ilə birgə brifinqdə bildirib.

Onun sözlərinə görə, Avstraliya Ukraynanı dəstəkləyir və Kiyevə hərbi yardım göstərir.

“Avstraliya üstünlük əldə etmək və qalib gəlmək, öz suverenliyini qorumaq üçün lazım olduğu müddətcə Ukrayna hökumətini və xalqını dəstəkləməyə davam etməyə hazırdır. Siz qanunun aliliyini, beynəlxalq hüquq nizamını müdafiə edirsiniz.

İstinadlar Report